Ukraynada hökumətdə dəyişiklik gözlənilir. Nəzər.Media “CNN Türk”ə istinadən xəbər verir ki, Baş nazir Yuliya Svıridenko vəzifəsindən ayrılacaq.
Prezident Volodimir Zelenski bunun siyasi strategiyanın yenilənməsi ilə bağlı olduğunu bildirib. O, yeni hökumətin formalaşdırılması üçün kadr dəyişikliklərinin aparılacağını açıqlayıb. Svıridenko isə ölkəyə xidmət etməyə hazır olduğunu bəyan edib. Baş nazirin istefası təsdiqlənərsə, Nazirlər Kabineti də istefa vermiş sayılacaq. Yeni hökumət formalaşana qədər hazırkı kabinet fəaliyyətini müvəqqəti olaraq davam etdirəcək.
//Nəzər.Media
