Fransanın paytaxtı Paris yaxınlığında böyük meşə yanğını baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təxminən 900 ev təxliyə olunub.
Yanğın qısa müddətdə 800 hektara yaxın əraziyə yayılıb. Alovun söndürülməsi üçün yüzlərlə yanğınsöndürən, təyyarə və helikopterlər cəlb edilib. Hadisə səbəbindən Paris-Lion avtomobil yolu bağlanıb. İlkin məlumata görə, yanğının qəsdən törədilməsi ehtimalı da araşdırılır.
//Nəzər.Media
