Yunanıstanın Kerpe adasında yerləşdirilən Patriot hava hücumundan müdafiə sistemlərinin hələ də ada da saxladığı bildirilir.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yerli mətbuat hərbi mənbələrə istinadən bu barədə məlumat yayıb.
Mənbələr sistemlərin növbəti göstərişədək adada qalacağını qeyd ediblər. Yunanıstanın bölgədəki vəziyyəti yaxından izlədiyi vurğulanıb. Məlumata görə, Afina Egey dənizindəki son hadisələri diqqətdə saxlayır.
//Nəzər.Media
