ABŞ ilə İran arasında razılaşmadan sonra diqqət yenidən Ukraynaya yönəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vlodimir Zelenski ayrı-ayrılıqda ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıblar.
Kremlin açıqlamasına görə, Tramp Ukraynaya təzyiq göstərə biləcəyini bildirib. Moskva Vaşinqtonun münaqişənin həlli üçün fəal rol oynayacağını iddia edir. Bu arada Rusiyanın raket hücumu nəticəsində Kiyevdə tarixi monastıra ziyan dəydiyi bildirilir.
//Nəzər.Media
