İran Prezidenti Məsud Pezeşkian yeni açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Pezeşkian Müctəba Xamenei ilə əlaqənin hazırda çox çətin olduğunu bildirib.
Pezeşkian deyib ki, yeni dini liderin seçilməsi ölkə üçün mühüm dəstəkdir. Onun sözlərinə görə, İran son illərin ən ağır dövrünü yaşayır. Prezident xalqın birliyinin ölkənin əsas dayağı olduğunu vurğulayıb. O, xarici təzyiqlərə baxmayaraq dövlətin fəaliyyətini davam etdirdiyini qeyd edib. Pezeşkian ölkədə vəzifələrin yalnız bacarıqlı və layiqli şəxslərə verilməsinin vacibliyini də bildirib.
//Nəzər.Media
