İran Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, danışıqların son mərhələyə çatdığı bildirilib.
Xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib ki, Omanla razılaşdırılan yeni marşrut müvəqqəti olacaq. Onun sözlərinə görə, bu marşrutun 2-4 ay qüvvədə qalması gözlənilir. İran rəsmisi boğazın tam açılmasının ABŞ-nin mövqeyindən asılı olduğunu bildirib. O, danışıqların yalnız İran və Oman arasında aparıldığını vurğulayıb. Qəribabadi ABŞ ilə bu məsələ üzrə heç bir birbaşa görüş keçirilmədiyini də qeyd edib.
//Nəzər.Media
