İran və Oman mühüm razılıq əldə edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, söhbət Hörmüz boğazından gedir.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər ticarət gəmilərinin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan marşrutun coğrafi koordinatları üzrə razılığa gəliblər. Marşrutun texniki və hüquqi məsələləri də nəzərdən keçirilib. Hazırda ortaq bəyanatın son variantı hazırlanır. İran üçüncü tərəflərin prosesə mane olmamasını vacib sayır. Rəsmi Tehran bunun boğazda təhlükəsizliyi tam təmin etmədiyini bildirib. İran ABŞ-nin bölgədəki fəaliyyətinin təhlükəsizlik risklərini artırdığını iddia edib.
//Nəzər.Media
