İordaniyanın paytaxtı Əmmanda dördtərəfli görüş keçirilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, toplantıda Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iştirak ediblər.
Görüşdə Türkiyəni Hakan Fidan, Misiri Bədr Əbdülati, Pakistanı İshaq Dar, Səudiyyə Ərəbistanını isə Feysəl bin Fərhan təmsil edib. Bu, sözügedən formatda keçirilən beşinci xarici işlər nazirləri toplantısı olub.
//Nəzər.Media
