Almaniyada hava limanında dron aşkarlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə böyük narahatlıq yaradıb.
Məlumata görə, Leypsiq/Halle Hava Limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında şübhəli dron tapılıb. İlkin araşdırma zamanı onun üzərində partlayıcı qurğu olduğu müəyyən edilib. Bundan sonra yük terminalında uçuşlar müvəqqəti dayandırılıb. Partlayıcı qurğu xüsusi qrup tərəfindən zərərsizləşdirilib. Alman mediası dronun partlayıcı ilə təchiz olunduğunu, lakin texniki nasazlıq səbəbindən partlamadığını yazıb. Hadisə ilə bağlı geniş araşdırma aparılır. Təxribat ehtimalı da istintaqın əsas versiyalarından biri hesab olunur.
//Nəzər.Media
