Polşada suda boğulma halları artıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, İyundan bəri 79 nəfər həyatını itirib.
Polis vətəndaşları daha ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, hadisələrin əsas səbəbləri spirtli içkidən sonra suya girmək və nəzarətsiz ərazilərdə çimməkdir. Balıq ovu zamanı ehtiyatsız davranış və qadağan olunmuş yerlərdə suya daxil olmaq da risk yaradır. Ölkədə havaların isti keçməsi səbəbindən dəniz və göllərə üz tutanların sayının artdığı qeyd olunub.
//Nəzər.Media
