Suriyada yeni parlament ilk iclasını keçirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu, Əsəd rejiminin devrilməsindən sonra ilk belə iclas olub.
Açılış mərasiminə Prezident Əhməd əş-Şəra da qatılıb. Yeni deputatlar Konstitusiyaya sadiqlik andı içiblər. Prezident ölkədə yeni dövrün başlandığını bildirib. O, dövlət quruculuğunda məsuliyyət və peşəkarlığın vacibliyini vurğulayıb. İclasda parlament rəhbərliyi də seçilib. Səsvermənin nəticəsinə əsasən Əbdülhəmid əl-Əvvak parlamentin sədri seçilib. Yeni sədr qanunverici orqanın nüfuzunun bərpa ediləcəyini bildirib. O, parlamentlə hökumətin sıx əməkdaşlıq edəcəyini deyib. Yeni parlamentin növbəti iclasının iyulun 26-da keçiriləcəyi açıqlanıb. Bu addım Suriyanın siyasi keçid prosesində mühüm mərhələ kimi qiymətləndirilir.
//Nəzər.Media
