Polşada ibtidai məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeni qayda ölkə üzrə bütün ibtidai məktəblərə şamil olunur.
Şagirdlər dərs və tənəffüs zamanı telefon və digər elektron cihazlardan istifadə edə bilməyəcəklər. Təhsil və fövqəladə hallar üçün bəzi istisnalar nəzərdə tutulub. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara telefon gətirmək də qadağan edilib.
//Nəzər.Media
