Yunanıstan Milli Kəşfiyyat Xidmətinin yüksək vəzifəli əməkdaşı “Predator” proqramı ilə bağlı şikayət edib. Nəzər.Meda Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Yannis Papadopulos Afinadakı prokurorluğa müraciət edib.
O, dörd nəfərin ölkəyə qarşı casusluqda iştirakının araşdırılmasını istəyib. Papadopulos telefonunun Predator vasitəsilə izlənildiyini və bunun milli təhlükəsizliyə təhdid yaratdığını bildirib. Sözügedən şəxslər daha əvvəl də Predator işi üzrə həbs cəzasına məhkum ediliblər.
//Nəzər.Media
