Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəsə razı olmayacaqlarını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Putin mövcud Kiyev hakimiyyəti ilə razılaşmayacaqlarını deyib.
Putin Rusiya ordusunun üstün mövqedə olduğunu iddia edib. Moskvanın Ukraynanın enerji infrastrukturuna zərbələri davam etdirəcəyi açıqlanıb. Rusiya lideri danışıqların yalnız öz şərtləri əsasında aparılmasını istədiyini vurğulayıb.
//Nəzər.Media
