Yunanıstan və İsrail Krit adasının cənubunda birgə hərbi təlimə başlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təlim havada yanacaq doldurma əməliyyatlarını əhatə edir.
Yunan mətbuatı bunu Türkiyəyə verilən strateji mesaj kimi qiymətləndirib. Təlim Türkiyə ilə Misir arasında hərbi əməkdaşlığın gücləndiyi dövrə təsadüf edib. Afina və Təl-Əvivin hərbi tərəfdaşlığının davam etdiyi bildirilir.
//Nəzər.Media
