Rusiya Britaniyanın Ukraynaya silah dəstəyinə görə Londona xəbərdarlıq edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Britaniya silahlarından istifadə edilən hücumlara cavab veriləcəyini bildirib.
O, bu halda Ukraynada və digər ərazilərdəki Britaniya hərbi obyektlərinin hədəfə alına biləcəyini deyib. Zaxarova Britaniyanı qarşıdurmanı daha da gərginləşdirə biləcək siyasətdən əl çəkməyə çağırıb. Buna baxmayaraq, Britaniya Baş naziri Endi Börnham Kiyevə dəstəyin davam edəcəyini açıqlayıb.
//Nəzər.Media
