Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna məsələsində sülh yolu ilə razılaşmaya üstünlük verdiyini bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Peskov Moskvanın sülh danışıqlarına açıq olduğunu deyib.
Peskov ABŞ-la Ukrayna məsələsi üzrə təmasların davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda sülh yolu ilə həll mümkün olmadığı üçün hərbi əməliyyat davam edir. Peskov Avropa ölkələrini Rusiyaya qarşı təcavüzkar siyasət yürütməkdə ittiham edib.
//Nəzər.Media
