Rusiyada yüksək vəzifəli şəxsin olduğu avtomobil partlayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Yekatrinburqda baş verib.
Partlayış zamanı pilotsuz uçuş aparatları istehsalçısı Uraldronzavod şirkətinin baş direktoru Vladimir Tkaçuk ağır yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. Partlayışın təxribat, yoxsa texniki nasazlıq nəticəsində baş verdiyi hələ məlum deyil.
Qeyd olunur ki, şirkət Rusiya ordusunun istifadə etdiyi kamikadze pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğuldur.
//Nəzər.Media
