Rusiya bir həftə ərzində Ukraynaya 1700 idarəolunan bomba atıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verib.
Zelenski həmin müddətdə 2100-dən çox pilotsuz uçuş aparatının da istifadə edildiyini bildirib. Bundan başqa, Rusiyanın 78 raket atdığı açıqlanıb. Zelenski hücumların miqyasının ciddi təhlükə yaratdığını vurğulayıb.
//Nəzər.Media
