ABŞ Prezidenti Donald Tramp süni intellekt araşdırmalarının yavaşladılmasına qarşı çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Tramp ABŞ-ın bu sahədə Çindən geri qalmasını istəmədiyini bildirib.
Tramp süni intellektin müəyyən qaydalarla tənzimlənə biləcəyini deyib. Lakin araşdırmaların sürətinin azaldılmasına ehtiyac görmədiyini vurğulayıb. Tramp ABŞ-ın süni intellektdə liderliyini qorumasının vacib olduğunu bildirib.
//Nəzər.Media
