İsveçdə keçiriləcək seçkilər öncəsi siyasi mübarizə kəskinləşib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ifrat sağçı İsveç Demokratları ilk dəfə hökumətə daxil ola bilər.
Partiya mühafizəkar blokun əsas tərəfdaşlarından biridir. Son sorğular isə sol və sağ blokun bir-birinə çox yaxın olduğunu göstərir. Seçkinin nəticəsinin ölkədə hakimiyyətin dəyişib-dəyişməyəcəyini müəyyən edəcəyi gözlənilir.
//Nəzər.Media
