Şotlandiya, Uels və Şimali İrlandiya müstəqillik məsələsində birgə addım atmağa hazırlaşır. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bölgələrin rəhbərləri Kardiffdə birgə bəyanat imzalayacaq.
Bəyanatda öz müqəddəratını təyin etmək hüququ tələb olunacaq. Həmçinin müstəqilliklə bağlı referendumların keçirilməsinə icazə istəniləcək. Bu addım Böyük Britaniya hökumətinə siyasi təzyiqi artıra bilər.
//Nəzər.Media
