ABŞ Prezidenti Donald Tramp İranla müharibənin seçkidən sonra bitəcəyini deyib. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Tramp müharibənin noyabrdakı aralıq seçkilərindən sonra başa çatacağını bildirib.
Tramp bu fikrini daha əvvəl də səsləndirib. ABŞ-da aralıq seçkilərin noyabrda keçirilməsi planlaşdırılır. Trampın açıqlaması müharibənin gələcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
//Nəzər.Media
