İspaniyanın Seuta şəhərinə minlərlə miqrant axışıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Miqrantlar Mərakeş sahillərindən üzərək sərhədi keçməyə çalışıblar. Onların bir hissəsi Seuta sahillərinə çata bilib. İspaniya və Mərakeşin patrul qayıqları hadisəyə müdaxilə edib. Dənizdə 300-dən çox nəfər xilas olunub. Hadisə zamanı 2 nəfərin meyiti tapılıb. İspaniya hökuməti vəziyyətə nəzarət üçün bütün imkanların səfərbər edildiyini açıqlayıb.
//Nəzər.Media
