Yeni araşdırmada 43 min 197 nəfərin sağlamlıq məlumatları təhlil edilib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, süni intellekt migren xəstələrini dörd fərqli qrupa ayırıb.
Təhlildə yaş, yuxu rejimi, dərman istifadəsi və digər göstəricilər nəzərə alınıb. Boyun ağrısı, ürəkbulanma və görmə pozuntuları əsas əlamətlər arasında olub. Nəticələrin təsdiqlənməsi süni intellektin migrenin müəyyənləşdirilməsinə kömək edə biləcəyini göstərir.
//Nəzər.Media
