İsraildə seçki 27 oktyabrda keçiriləcək. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, xaricdə yaşayan minlərlə israilli səs vermək üçün ölkəyə qayıtmağa hazırlaşır.
Likud Partiyası bu səfərlərə kömək edən “Fly & Vote” təşəbbüsünün dayandırılmasını istəyib. Partiya təşəbbüsün seçki qaydalarını pozduğunu iddia edib. Xaricdə yaşayan seçicilərin səslərinin seçkidə mühüm rol oynaya biləcəyi bildirilir.
//Nəzər.Media
