ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Tramp boğazın təhlükəsizliyini ABŞ-ın təmin edəcəyini bildirib.
Tramp bu xidmət qarşılığında gəmilərdən ödəniş alınmasını təklif edib. İran isə Hörmüzün öz bölgəsi olduğunu vurğulayaraq bu mövqeyindən geri çəkilməyib. İranın xarici işlər naziri Abbas Əraqçi Trampın açıqlamasına istehza ilə cavab verib. Bu gərginlik fonunda ABŞ Bəndər-Abbas şəhərində dəniz qüvvələrinə aid obyektlərə zərbə endirdiyini açıqlayıb. Tramp əməliyyatların daha iki-üç həftə davam edə biləcəyini də bildirib.
//Nəzər.Media
