Demokratik Konqo Respublikasında Ebola xəstəliyi yayılmaqda davam edir. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, ÜST 7 mindən çox yoluxma və 3 mindən artıq ölüm qeydə alındığını açıqlayıb.
Buna baxmayaraq, bəzi bölgələrdə yoluxma hallarının azaldığı bildirilir. ÜST xəstəliyin yayılmasının qarşısını almaq üçün əlavə vəsaitə ehtiyac olduğunu vurğulayıb. Hazırda 1700-dən çox insanın sağaldığı qeyd olunur.
//Nəzər.Media
