Yunanıstan İsraillə “Axilles qalxanı” adlı hava müdafiə sistemi üzrə razılaşma hazırlayır. Nəzər.Media Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, keçmiş yunan admiralı bu razılaşmanı tənqid edib.
O, layihənin ölkəyə baha başa gəldiyini bildirib. Admiral İsraillə razılaşmanın yaratdığı təhlükələrə də diqqət çəkib. Yunanıstanda layihənin ölkənin müdafiə siyasətinə təsiri müzakirə olunur.
//Nəzər.Media
