Venesuelada zəlzələ qurbanlarının sayı artıb. Nəzər.Media Türkiyənin “”Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ilə bağlı axtarışlar davam edir.
İyunun 24-də baş verən iki güclü zəlzələdə həyatını itirənlərin sayı 5 min 398 nəfərə çatıb. Yaralananların sayının isə 16740 olduğu açıqlanıb. Hazırda 30 mindən çox itkin şəxsin axtarışı aparılır. Fəlakət bölgəsində 60 mindən çox şəxs xilasetmə və yardım işlərinə cəlb olunub. Rəsmi məlumata görə, indiyədək ərazidə 1463 afterşok qeydə alınıb. ABŞ Geoloji Xidməti zəlzələlərin 7,2 və 7,5 bal gücündə olduğunu açıqlamışdı.
//Nəzər.Media
