Yaponiyada dənizin dibində zəngin qızıl ehtiyatı aşkarlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, kəşf alimlərin diqqətini cəlb edib.
Araşdırma Tokio şəhərindən cənubda yerləşən sualtı vulkan kraterində aparılıb. Mütəxəssislər burada indiyədək qeydə alınan ən yüksək qızıl sıxlığını müəyyən ediblər. Qızılın bir hissəsinin qayaların daxilində gizli formada olduğu bildirilib. Alimlər bu ərazinin gələcəkdə hasilat üçün əlverişli ola biləcəyini düşünürlər. Bununla yanaşı, ekoloqlar dəniz canlılarının yaşayış mühitinə zərər dəyə biləcəyindən narahat olduqlarını açıqlayıblar.
//Nəzər.Media
