Yunanıstanın səhiyyə naziri Adonis Georgiadis İsraillə ittifaqı müdafiə edib.Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, nazir bu ittifaqın Türkiyədən və digər yerlərdən yarana biləcək təhdidlərə qarşı Yunanıstanı qoruduğunu bildirib.
Georgiadis Tel-Əvivdə imzalanan 3 milyard avroluq yeni müdafiə sazişini də dəstəkləyib. Saziş çərçivəsində İsraildən çoxqatlı hava və ballistik raketdən müdafiə sistemi alınacaq. Nazir İsrail əleyhinə keçirilən etirazları isə tənqid edərək, onları məsxərə adlandırıb.
//Nəzər.Media
