Yunanıstanın sərhəd bölgələri üçün hazırladığı təşviq proqramı nəticə verməyib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, pilot layihə gözlənilən marağı görməyib.
Hökumət sərhəd ərazilərinə köçən ailələrə 10 min avroyadək maliyyə dəstəyi verməyi planlaşdırırdı. Proqram çərçivəsində 600 müraciət edilsə də, onlardan cəmi ikisi təsdiqlənib. Rəsmilər müraciətlərin böyük hissəsində yanlış və ya natamam məlumat aşkar edildiyini bildiriblər. Uğursuz nəticədən sonra proqramın şərtlərinin yumşaldılması və daha geniş əraziləri əhatə etməsi nəzərdə tutulur. Məlumata görə, Yunanıstanın sərhəd bölgələrində son illər əhalinin sayında ciddi azalma müşahidə olunur.
//Nəzər.Media
