Türkiyənin xarici işlər naziri Hakan Fidan bir sıra telefon danışıqları aparıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşlərdə regional və qlobal məsələlər müzakirə olunub.
Fidan əvvəlcə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhanla danışıb. Daha sonra İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqların gedişini müzakirə edib. O bildirib ki, Türkiyə bölgədə davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək. Fidan Küveytin xarici işlər naziri ilə də bölgədəki vəziyyəti müzakirə edib. O, həmçinin Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Milibandla Qəzza, Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsi ətrafında fikir mübadiləsi aparıb. Nazir son günlər bir sıra yüksək vəzifəli rəsmilərlə üzbəüz görüşlər də keçirib.
//Nəzər.Media
