Oman sahillərində yük gəmisinə hücum edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi gəminin naməlum sursatla vurulduğunu açıqlayıb. Məlumata görə, hadisə Əl-Xasab şəhərinin yaxınlığında qeydə alınıb. Hücum barədə məlumat gəminin heyəti tərəfindən radio əlaqəsi vasitəsilə verilib. Hazırda hadisənin səbəbləri araşdırılır. Bölgədə üzən digər gəmilərə isə ehtiyatlı olmaları və şübhəli halları dərhal aidiyyəti quruma bildirmələri tövsiyə edilib.
//Nəzər.Media
