Kolumbiyada təhlükəsizlik xəbərdarlığı edilib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Prezident partlayış təhlükəsi barədə danışıb.
Prezident Qustavo Petro bildirib ki, andiçmə mərasimi ərəfəsində Kali şəhərində terror hücumu riski var. Onun sözlərinə görə, şəhərdə külli miqdarda partlayıcı maddə yerləşdirilib. Bu səbəbdən təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Mərasimin keçiriləcəyi şəhərdə 11 mindən çox polis və hərbçi xidmət aparacaq. Petro hakimiyyəti yeni seçilmiş prezident Abelardo de la Espriyaya avqustun 7-də təhvil verəcək. Buna baxmayaraq, o, seçkinin nəticələrini qəbul etmədiyini və məhkəməyə müraciət etdiyini bildirib. Petro vəzifədən ayrıldıqdan sonra da yeni hakimiyyətə qarşı sərt müxalifət aparacağını açıqlayıb.
//Nəzər.Media
