İndoneziyada 5,1 bal gücündə zəlzələ baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, yeraltı təkanlar Mərkəzi Sulavesi əyalətində qeydə alınıb.
Hadisə nəticəsində 1 nəfər ölüb. Zəlzələ yaşayış evlərinə və bir sıra ictimai binalara ziyan vurub. Məlumata görə, ölən şəxs xəstəxanadan təxliyə zamanı həyatını itirib. Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır.
//Nəzər.Media
